Məhərəmlikdə niyə toy etmək olmaz?

SOSİAL
18:03 / 12.07.2024
739

Hər il Məhərrəmlik ayı başlayarkən toyların, xeyir işlərin keçirilməsinə ara verilir. Məhərrəmlikdə toy olarsa, bədbəxtlik baş verəcəyinə inanırlar. Bu nə dərəcədə doğrudur?

Hit.az-ın bu mövzu ilə bağlı sualını cavablandıran ilahiyyatçı Elşad Miri bildirib ki, İslam dinində və şəriət nöqteyi-nəzərindən məhərrəm ayında toy etmək, kəbin kəsdirmək qadağan olunmayıb.

“Bunu edənlər İmam Hüseynin xatirəsini yaşatmaq istəyərək ediblər, lakin peyğəmbərin nəvəsinin xatirəsini insanlar öz əməlləri, əxlaqı ilə  nümunə olaraq, nümayiş etdirə bilərlər. Hörməti yalnız bir aya sığdırmaq nə dərəcədə doğrudur?  İslamda toyla bağlı qadağa olsaydı, peyğəmbərimizin 3 qızının, xanımlarının  özünün vəfat etdiyi günlərdə toy etməzdik. Məhərrəm ayı müqəddəs ay deyil, sadəcə ilin bir ayıdır. Peyğəmbər hətta öz oğlunun ölümü ilə bağlı belə bir qadağa qoymamışdı. İmam Hüseyn haqsızlığa qarşı vuruşub, amma bununla yanaşı, onun ölümü ilə bağlı toy edilməməsi anlayışı yoxdur”-+ deyə o qeyd edib.

Murad

0