"İbadət yerlərində uşaqların iştirakı düzgün deyil"

SOSİAL
19:19 / 16.07.2024
518

"İslam dinində insanlar həddi buluq yaşına çatana kimi ibadətlərdə iştirak etməsi vacib deyil. Xüsusəndə, Məhərrəm ayında keçirilən mərasimlərdə uşaqların sinə vurması, mərsiyyə deməsi ibadət hesab olunmur. Uşaqların dini mərasimlərdə iştirak etməsi adət kimi formalaşıb. İbadət məscidlərində böyüklərin iştirakının vacib olmadığı halda, uşaqların iştirak düzgün deyil". 

Bu sözləri Hit.az-a ilahiyyatçı Tural İrfan deyib.

İlahiyyatçı bildirib ki, ibadət yerləri uşaq yaddaşında ağır travma, iz qoyur. Gələcəkdə o uşaqlar İmam Hüseyn deyəndə ağlaşma, qan, şiddət xatırlayacaq:

 "Onu da nəzərə almaq lazımdır ki, uşaqlar İmam Hüseynin nə olduğunu bilmədiyi vaxta belə bir mənzərə ilə üzləşməsi düzgün deyil. Onu da deyim ki, ibadət yerlərində uşaqları təxribata çəkirlər. Din adı altında olan şəxslər bu cür uşaqlardan istifadə edir. Valideynlər tövsiyyə edirik ki, bu cür yerlərə övladlarını aparmasın".

Sevinc

0