Xətai rayonun Abas Abad küçə sakinlərindən Hit.az redaksiyasına müraciət daxil olub.
Sakinlər 5 mindən çox insanın yaşadığı qəsəbədə uşaqların oyun oynayacağı heç bir yerin olmadığını bildiriblər.
"Küçədə çox sıx məskunlaşma var. Uşaqların oyun oynayacağ yer dar və balaca küçələrdən başqa yer yoxdur. Hay-küy sakinlərə evdə dincəlməyə imkan vermir. Küçənin girişində köhnə xaraba bir klub və onun həyətyanı sahəsi var. Dövlətə məxsus həmin yerdə abadlaşdırılma aparılsa, abad bir park salınsa həm uşaqlara həm sakinlərə xoş olar. 2-3 hektarlıq bu ərazini xarabalıq kimi saxlamaqdansa, abadlaşdırmağı təklif edirik. Ərazidə böyük yaşıl ağaclar var. Bir balaca səliqə-səhman yaradılsa, asudə vaxtın keçirilməsi üçün yaxşı təkan yaranar, sakinlər razı qalardı", deyə müraciətdə bildirilir.
Murad