Öyrənə bilmədiklərimiz...

SOSİAL
23:13 / 17.07.2024
509

Xalq olaraq bizim öyrənə bilmədiyimiz bir çox şeylər var. Məsələn növbə mədəniyyəti, ictimai nəqliyyatda qapı ağzına toplaşmamaq mədəniyyəti, başqalarının işinə qarışmamaq mədəniyyəti, küçəni təmiz saxlamaq, küçədə davranış mədəniyyəti.

Mağazada bir səbət məhsulla haqq hesab edirsən, biri gəlib özünü qabağa soxur ki, məndə bir dənə siqaretdi, alım gedim.

Avtobusa minənlərin hamısı irəlidə sürücünün yanında toplaşmağı hünər bilir. Sanki arxa qapının önündə uçurum var, düşəcəklər.

Küçəyə çıxırsan və ya axşam gəzintidən qayıdırsan qonşu mütləq maraqlanır ki, hara gedib  hardan gəlirsən. Öyrənməyincə rahatlaşmır. Əlacı olsa sənə yol vərəqi də imzaladar.

Küçəyə tüpürmək, zir zibil atmaq da bir ayrı dərd. Dar səkidə başqalarını düşünmədən nazlana- nazlana gedib, telefonla oynamaq,tıxac yaratmaq da bizim vazkeçilməzlərimizdəndir.

Axtarsaq çox şey var. Başqası edərkən xoşumuza gəlməyən hər şeyi biz də etməsək, sadə davranış etiketinə əməl etmiş olarıq.

Murad

0