Əsl insan deyilsənsə, əsl dindar da deyilsən...

SOSİAL
18:02 / 19.07.2024
495

"Əgər biri əsl insan kimi davranmır, insanlara qarşı humanist duyğularla yanaşmırsa, tərbiyəsizdirsə, ömrü boyu həccə getsə də, saxtakardır, münafiqdir, dindar deyil, bunlar göstəriş üçündür".

Bu fikirləri Hit.az-a ilahiyyatçı Elşad Miri səsləndirib.

"Bir dəfə yox, min dəfə ziyarətfaha getsələr də, belə hacılar hacı yox, sponsor hacı, saxta hacılardır. Din öncə insana tərbiyə, insanlara hörmət, mərhəmət, anlayışlı yanaşma öyrədir, din göstəriş üçündürsə, o artıq səmimi inanc deyil", deyə Elşad Miri bildirib.

Murad

0