Nikahdankənar doğulan uşaq mirasdan pay ala bilər?

SOSİAL
19:00 / 22.07.2024
510

Ölkəmizdə nikahdankənar  doğulan uşaqların sayı artmaqdadır.

Bununla bağlı sual yaranır ki, nikahdankənar doğulan uşaqlar atasının mirasından pay ala bilərmi ?

Hit.az-ın bu sorğusunu cavablandıran hüquqşünas Elvin Babayev bildirib ki, Mülki Məcəllənin 1136-cı maddəsinə əsasən, uşaq o zaman pay sahibi olar ki, atalıq qanunauyğun şəkildə müəyyənləşdirilmiş olsun:

“Yəni uşağın DNT testləri atası ilə eynilik təşkil edirsə, müvafiq dövlət orqanları nikahdankənar doğulmuş şəxsin atasının kimliyini müəyyən edərsə, o pay sahibi olur. Hətta uşaq atadan tez ölmüş olarsa belə, həmin uşağın övladları varsa onlar pay sahibinə çevrilirlər”,- deyə  hüquqşünas qeyd edib.

Murad

0