Məlumdur ki, son zamanlar boşanmaların sayı günü-gündən artır. Boşanmaların səbəblərindən biri kimi psixoloq məsləhəti qeyd edilir.
Yəni, cütlük ailə problemləri ilə bağlı psixoloqa müraciət edir, o da ona çıxış yolu kimi boşanmanı məsləhət görür.
Qeyd edək ki, son zamanlar bu iddia ilə çıxış edənlər artıb.
Psixoloq Könül İsmayılova Hit.az-a dedi ki, son zamanlar qeydə alınan boşanmaların səbəbi müxtəlifdir:
"İnsanlar sanki boşanmaq üçün ailə qurur. Ailədə yüngülvari söhbət olan kimi boşanmağa qərar verirlər. Bəziləri psixoloqa müraciət edir, ona vəziyyətin dözülməz olduğunu, yaşaya bilmədiyini deyir. Psixoloqda eşitdiyi sözlərin qarşısında şoka düşür və pasiyentin həyatda qalması üçün ona çıxış yolu kimi ayrılığı məsləhət görür. Psixoloq hardan bilsin ki, ona müraciət edən şəxsin istəyi boşanmaqdır, ayrılmağa səbəb axtarır. Düzdür, bəzi psixoloqlar boşanma ilə müxtəlif fikir səsləndirə bilərlər. Ancaq psixoloqlar boşanmanı təbliğ etmir".
Sevinc