Uşaqlar arasında assosiallıq yayılıb...

SOSİAL
21:36 / 23.07.2024
569

Məktəblilərin yay tətili davam edir.

Əvvəlki illərdə yay tətildində uşaqlar daha çox gəzməyə, əylənməyə üstünlük verirdilərsə, indi günlərini daha çox telefonla keçirirlər. Bu da onu göstərir ki, uşaqlar arasında assosiallıq yayılıb.

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, məktəblilər tətili həvəslə gözləyir:

“Uşaqların heç də hamısı yay aylarını əyləncəli və səmərəli keçirmir. Çünki əksər uşaq tətildə ancaq telefonla vaxt keçirir, ətrafı ilə ünsiyyət qurmur. Əsas məsuliyyət valideynin üzərinə düşür. Valideyn, hər şeydən əvvəl, övladına vaxt ayırmalı, nəyi sevib sevmədiyini bilməli, səmərəli tətil keçirməsi üçün əlindən gələni etməlidir. Tətil başlayan kimi uşağı dərsə yönəltdikdə, əlbəttə, o, bundan boyun qaçıracaq. Ona görə uşağa vaxt verin, bir az istirahət etsin. Uşaqların sosiallaşması üçün valideynlər özlərini deyil, övladlarını düşünməlidir. Onları elektronik alətlərdən uzaq tutmağa çalışmalıdır. Daha çox təbiət qoynunda istirahət etməsinə çərait yaratmalıdırlar”.

Sevinc

1