Azərbaycanda "Sağlam qidalanma təlimləri" adlı tədbir reallaşacaq.
"İstehlakçıların Maarifləndirilməsinə Dəstək" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Sağlam qidalanma təlimləri" adlı tədbir reallaşdıracaq. Tədbir cari avqust ayında reallaşacaqdır. Bu barədə saytımıza Birliyin sədri Emil Əkbərov məlumat verib:
"1996-cı ildə qida problemləri ilə bağlı keçirilən Dünya Qida Sammitində qida təhlükəsizliyi anlayışı müəyyən edilmişdir. Qida təhlükəsizliyi "bütün insanlar sağlam və aktiv həyat tərzi keçirmələri üçün istənilən vaxt kifayət miqdarda keyfiyyətli qida əldə etdikdə" yaranan vəziyyət olaraq müəyyənləşdirilmişdir. Bir qayda olaraq, qida təhlükəsizliyi anlayışı insanların qidaya olan ehtiyaclarını, o cümlədən onların qida üstünlüklərini təmin edən qidanı həm fiziki, həm də iqtisadi baxımdan əldə edə bilmək imkanını özündə ehtiva edir.Son bir ildə dünyanı cənginəalan pandemiya isə qida təhlükəsizliyi mövzusunu daha aktual etmiş, insanları daha diqqətli olmağa vadar etmişdir. Bu mənada "Sağlam qidalanma təlimləri" adlı layihəsinin reallaşdırılması zəruridir.
İMD İB olaraq hesab edirik ki, yetərli deyil və Vətəndaş Cəmiyyəti bu istiqamətdə öz tövhəsini verməlidir. Təklifimizə müsbət cavab verdiklərinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə təşəkkür edirəm"