Könül İsmayılova: “İnsanların içində təşviş, itirmə, ölüm qorxusu kimi duyğular artıb”

SOSİAL
19:40 / 24.07.2024
626

Hər gün yolda olarkən - avtobusda, metroda insanların aqressivləşdiyini müşahidə edirik.

Münasibətlərdəki əvvəlki harmoniya itmiş kimi görünür. İnsanların sözləri sanki bir-birinin boğazından keçmir.

Adi bir söz söylədikdə belə, üzlərdə nifrət hiss olunur.

Bəs son vaxtlar insanlardakı bu qədər hirsin, aqressiyanın səbəbi nədir? 

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, insanların içində təşviş, itirmə, ölüm qorxusu kimi duyğular artıb. Bizdə bu dövrdə müharibə də oldu, bir çox insanlar doğmalarını itirdilər. Bunların hamısı insanın düşüncələrinə, həyata baxış tərzinə ciddi şəkildə təsir edir:

“Ölkəmizdə insanlar arasında aqressiyanın artmasının bir səbəbi də ictimai məsələlərdir. Həmçinin, insan həyatının texnologiya sayəsində dəyişməsi də aqressiyaya səbəb olur. Müxtəlif texnoloji vasitələr, maşınlar, sənaye təchizatları, insan sayının artması, yaşayış məntəqələrində olan sıxlıq, hər yerdə növbə gözləmə məcburiyyəti və s. də insanları bezdirir. Yəni müasir yaşam tərzi, inkişaf təkcə müsbət nəticə vermir”.

Sevinc
 

0