Xətai rayonunun Mirzə Davud küçəsinin sakinlərindən Hit.az redaksiyasına növbəti dəfə şikayət daxil olub.
Bu küçə sakinləri dəfələrlə şikayət eləsələr də, abadlığa nail ola bilmirlər. İcra hakimiyyəti onları sanki görmür:
“İllərdir yolsuzluqdan əziyyət çəkirik. Plana düşüb deyirlər, amma yol çəkən olmur. Hesabla ötən ilin mart ayında küçəmizə asfalt çəkilməli idi. Vəd var, iş yoxdur. Geçələr küçələrimiz zülmət olurdu deyə şikayət etdik, səsimizi eşidib işıq çəkdilər. Lakin işığı küçənin bir hissəsinə çəkib, getdilər. Küçənin ən sonunda qalanlar yenə qaldılar zülmətdə. Küçənin qalan yarısında qalanları insan hesab eləmirlər?".
Murad