İzləyicimiz Gülarə Nağıyeva yazıb ki, xaricə uçmaq istəyərkən hava limanında şəxsiyyət vəsiqəsinin dəyişdirilməsinin vacibliyini vurğulayaraq, onun uçuşuna icazə verilməyib:
“Şəxsiyyət vəsiqəsini yeni dəyişmişəm. Nə üçün onu dəyişdirməliyəm. Vəsiqə hansı hallarda dəyişdirilməlidir”,- deyə o soruşub.
Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Elvin Babayev bildirib ki, ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsi bir neçə halda dəyişdirilə bilər:
“Etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya pasport, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, pasport dəyişdirilməlidir".
Murad