Gecəqondu ev dərdləri

22:36 / 02.08.2024
613

“Abseron rayonu Masazır qəsəbəsində köhnə Bələdiyyənin yanı adlanan böyük ərazidən torpaq sahəsi almışam. Tikintiyə başlamaq istəyəndə, dedilər olmaz. Amma ərazidə saysız, hesabsız yeni tikililər var, həyət evləri tikilir. Niyə mənə olmaz?”

Bu şikayəti Nadir Nəcəfov  ünvanımıza göndərib.

Məslə ilə bağlı araşdırma apardıq.

Hit.az-ın məlumatına görə, bir ərazidə gecəqondu  evlər tikilir. Gecəqondu dedikdə ağlınıza kiçik daxmalar gəlməsin, böyük gözəl evlərdir, sadəcə sənədsiz olduqları üçün belə adlanır. Tikilən evlər arasında qanunla nəzərdə tutulan ara məsafəsi nəzərə alınmır.

Bu sahəyə dövlət nəzarəti Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilir. Abşeron RİH-dən əldə etdiyimiz məlumata görə,  sözügedən torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır. Qanunvericiliklə bu ərazidə yaşayış evlərinin tikintisi yolverilməzdir. 

Biz isə hesab edirik ki, qanun hamı üçün eyni dərəcədə işləkdir. Birinə olar, birinə olmaz deməklə, vətəndaşı dövlətin siyasətindən narazı salmaq yolverilməzdir.

Murad

0