Toya sevinək, ya ağlayaq?

SOSİAL
12:40 / 07.08.2024
518

Bir qonşum var, deyir məhərrəmlik başlayanda sevinirəm ki, toy dəvətnamələrinin ayağı bir aylıq kəsilər. Toylarımızı elə günə qoyublar ki, doğmalarımızın şad gününə sevinə də bilmirik. Hər ay qısıtlı maaşlarımız müqabilində 2-3 toya gedib , nəmər yazıdrmaq ,ailənin  böyük maliyyə böhranına sürüklənməsi deməkdir. Çünki, toya gedən 5-10 manat yox, ən azı 100 manat  nəmər  yazdırmalıdır.

Mənəvi deqradasiyanın nümayiş məkanı olan müasir Azərbaycan toyları beynimizə də cibimizə də, mənəviyyatımıza da hücum edir. Qida, akustik terror, maliyyə, psixotron hücuma məruz qalırıq, toylarımızda. Kim -kimə qıcıq verir, kim- kimdən daha üstündür, kimin toyu kiminkindən daha təmtəraqlı keçib. Təmtəraq, yarış dərdi nə ölməyə qoyur, nə yaşamağa.

Bərbad akustikadan ,qulaq pərdəsini deşən dumbulun səsindən ,siqaretdən, havaya buraxılan rəngli tüstüdən, boyat yeməklərin çeşidindən, bayagı, şit musiqidən insan başını götürüb, qaçmaq istəyir Heç bir mənəvi zövq yox ,hər şey bir -birinin təkrarı. 

Toy edən ailələrə , “toy tutan” toylar barədə dəfələrlə görkəmli ziyalılarımız xalqa müraciət edib, daha sadə məclis keçirməyi təklif eləsələr də, dəyişən bir şey yoxdur. Türkiyədə toy süfrəsində bir keks olur, bir də limonad. Yas məclisləri də sadə. Bizim kimdən nəyimiz o qədər artıqdır, ay camaat? Özümüzü göstərməsək olmur?

Murad
 

0