Deyilənə görə, hər yetkin insanın daxilində uşaq yaşayır. Bəzən bizi əhəmiyyətsiz hadisəyə görə sevinir. Uşaqla uşaqlıq edir, onunla oynayır.
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, uşaqlar böyüklərə nisbətən ad günü, hansısa bir bayram, əlamətdar günlərdə daha çox sevinirlər:
“Onların gerçəklikdən uzaq arzuları və xəyalları olur. Böyüklərsə, nisbətən neqativ fikirlərlə və hadisələrlə əhatə olunur. Bu səbəblərə görə də insan daxilindəki uşağı yaşada bilibsə, deməli, həyatda rastlaşdıqları onu o qədər də qırmayıb və sarsıtmayıb. Bu, artıq müsbət haldır. Əgər daxilimizə baxdıqda gizlənmiş uşağı görə bilmiriksə, deməli, onunla birgə çox şeyi öldürməli olmuşuq".
Psixoloq onu da deyib ki, bəzən insanlar uşaqlığını yenidən yaşadıqda gülməli görünə biləcəklərindən utanırlar. Top oynamağı, nəsə şən bir hərəkət etməyi özlərinə yaraşdırmırlar.
Sevinc