Ailə başçısını itirməyə görə pensiyanın həcmi nə qədərdir?

SOSİAL
21:57 / 09.08.2024
491

Hit.az bu gündən “Hüququmuzu bilək” rubrikasını təqdim edir.

Bu rubrikada müxtəlif hüquqi suallara  cavab tapacaqsınız.

İlk sual: Ailə başçısını itirməyə görə minimum pensiya məbləği nə qədərdir?

Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Elvin Babayev bildirib ki, ailə başçısını itirməyə görə minimum pensiyanın məbləği 280 manat təşkil edir:

"Ailə başçısını itirməyə görə əmək pensiyası göstərilmiş şərtlərin mövcud olduğu müddət üzrə təyin edilir. Qanunla müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmadıqda, sosial müavinət almaq hüququ var".

Murad


 

0