Nə qədər pensiya alacacağam? - Sadə cavab

15:19 / 13.08.2024
488

Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti hüquqi suala cavab verir. 

Çox zaman insanlar nə qədər pensiya alacaqlarını öyrənmək istəyirlər, lakin bunu necə etmək lazım olduğunu bilmirlər.

Hüquqşünas Elvin Babayev Hit.az-a bildirib ki, hər bir sığortaolunan  şəxs bunu edə bilər:

“Belə ki, vətəndaş öz fərdi şəxsi hesabını izləmək üçün www.e-sosial internet portalından qeydiyyatdan keçməlidir, daha sonra "Fərdi şəxsi hesab" bölməsinə daxil olmaq lazımdır. Bundan sonra vətəndaş şəxsi hesabına baxaraq, fərdi şəxsi hesabında əks olunan pensiya kapitalı, məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatları əldə edə bilər".

Murad

0