"Yas yeri, hüzn məclisi qonaqlıqdan, toydan fərqlənməlidir"

SOSİAL
22:03 / 16.08.2024
672

"Ehsan insanın imkanı daxilində verilməlidir. Borcla, kreditlə, sələmlə, faizlə, nisyə ehsan vermək doğru deyil". 

Bu sözləri Hit.az-aa ilahiyyatçı Tural İrfan deyib. 

O bildirib ki, 7,40, cümə axşamı, il məclisləri ləğv olunmalıdır:

"Təmtəraqlı yas məclisləri və israfla müşaiyət olunan ehsan süfrələrinin doğru olmadığı haqda illərlə yazırıq, deyirik, maarifləndirmə aparırıq. Ölü yerində çatlayana kimi aşdan, dolmadan yeyib, salavat oxumağa nəfəs yeri saxlamadan halvadan tıxamaq heç də ölüyə, ölü sahibinə hörmət demək deyil. Yas yeri, hüzn məclisi qonaqlıqdan, toydan fərqlənməlidir. Qonaqlar yas sahibinə yemək aparmalı, onu və başı yasa qarışan ailəsini təmin etməlidir.  İslama etiqad edən, özünü müsəlman sayan buna əməl etməlidir”.

Sevinc

0