Əlillik pensiyası üçün sığorta stajı nə qədər olmalıdır?

SOSİAL
19:11 / 20.08.2024
417

Hit.az “Hüququmuzu bilək” rubrikasında  “Əlilliyə görə əmək pensiyası təyin edilərkən stajın necə hesablanması” sualına cavab verir.

Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Elvin Babayev bildirib ki, əlilliyə görə əmək pensiyası təyin edilərkən, sığorta stajının 5 ildən az olmaması tələb olunur:

“Orqanizmin funksiyalarının 81-100 faiz pozulması hallarında əlilliyə görə əmək pensiyası tələb oluna bilər. Sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmalıdır. Orqanizmin funksiyalarının 61-80 və 31-60 faiz pozulmasına görə əlilliyi olan şəxslərə  görə qayda fərqlidir. Belə ki, əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir”.

Murad

0