Şiddət görən qadınlar kimə sığınmalıdır?

SOSİAL
20:59 / 21.08.2024
433

Ölkəmizdə bir neçə qadın sığınacaqları var. Hamısı da  QHT-lər tərəfindən yaradılıb. Bu qurumların olması  vacibdir və yaxşı haldır. Amma daha yaxşı hal olardı ki , həmin qurumlar dövlət tərəfindən yaradılsın.

Çünki  qadın sığınacaqlarına adətən problemli ailələrin üzvləri müraciət edirlər. Bir çox hallarda qadınlar namus üstə öldürülür, böhtana uğrayırlar. Qəzəbli ərin şillə yumruğundan , ölüm qorxusundan evdən qaçırlar. Lakin qaçıb sığındıqları yer dövlət babanın ocağı yox, hansısa özəl təşkilatdır. 

Söz yox, dolayı yolla bu təşkilatlar da dövlətdən  maliyyə yardımı alırlar, amma ad hər bir halda özəldir. Belə sığınacaqlardan  evinə, yuvasına qayıdan qadınları çox zaman yenidən qınaqlar, iradlar gözləyir - “gedib kimə qısılmışdın, kimin qapısına sığınmışdın şəklində”.

Bu məsələ bir başa şəkildə Ailə, Qadın və Uşaq komitəsinin nəzarətində olmalı, nəzdində sığınacaq təşkil edilməlidir.

Dövlət problemli ailəni görsün, qayğısına qalsın və potensial kriminal hadisələrin qarşısını kəsə bilsin deyə...

Murad

0