Boşanan qadın və övladları üçün ciddi problemlərdən biri də alimentdir. Açıqlanan statistik rəqəmlərdən bəlli olur ki, aliment ödəməyən kişilərin sayı artır.
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, aliment məsələsinin hər şeydən öncə bir mənəviyyat məsələsi olduğunu bildirib:
"Uşaq oyuncağı deyil ki, bu gün oynadasan, sabah küçəyə atasan. Düşünürlər ki, pul verəcəm, arvad yeyəcək. Düşünmürlər ki, uşağım yeyəcək. Məhkəmə icraçıları da kişilərdir, kişi həmrəyliyi nümayiş etdirirlər. Əgər ata övladına baxmaqdan imtina edirsə, o insan mənəviyyatsızdır. Uşağa baxmaq onun borcudur".
Həmsöhbətimiz onu da əlavə edib ki,bəzi qadınlar sırf boşanmaq, gələcəkdə aliment ala bilmək üçün ailə qurur:
"Aliment məbləğinin artırılması boşanmaların sayının artmasına, bəzi qadınlarda boşanmaq üçün stimul yaranmasına səbəb olur".
Sevinc