Sosial şəbəkədə tanış olduğu qızla ailə qurmaq olar?

SOSİAL
19:36 / 22.08.2024
488

Sosial şəbəkədə tanış olub, ailə quran cütlüklər az deyil. Buna baxmayaraq, bəzi insanlar sosial şəbəkə tanışlıqlarına xoş baxmır. 

Bu yanaşmaya görə də bir sıra gənclər öz ailələrindən, yaxınlarından sevdiyi insanla sosial şəbəkədə tanış olduqlarını gizlədir. 

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, internet həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Nə qədər ondan qaçmaq istəsək də, hazırda bu mümkün deyil. 

İnternet bir çox işlərimizi asanlaşdırdığı kimi, həyatımızda da bəzi dəyişikliklərin yaranmasına səbəb olub: 

"Şəxsən mən sosial şəbəkədə tanış olub ailə quran cütlüklərə normal baxıram. Ancaq cəmiyyətimiz bununla bağlı fərqli düşünür. Sosial şəbəkədə tanış olub ailə qururlar və hansısa konflikt yaranan zaman qohum-əqrəba deyir ki, sosial şəbəkədə tanış olduğun qız bundan artıq olmaz ki və sairə. Təbii ki, bu da müəyyən qədər konflikt yaradır. Əgər iki insan bir-birini sosial şəbəkədə tapıb seviblərsə, bunu ailələrindən gizlədirlər. Çünki düşünürlər ki, söz-söhbət olacaq və buna yaxşı baxmayacaqlar. Ona görə də başqa yerdə, tutaq ki, küçədə tanış olduqlarını deyirlər".

Sevinc


 

1