Bakıda yeraltı keçidlərin sayının çox olması piyadaların təhlükəsizliyi baxımından çox gözəldir.
Piyada keçidi üzəldiblər, amma iş nöqsansız da ötüşməyib.
Söhbət piyada keçidlərində əlillər üçün hazırlanmış yoldan gedir.
Hit.az əməkdaşları Bakının mərkəzində həmin keçidlərdən bir çox şəkillər çəkiblər.
Bunları guya uşaq arabaları, əlil arabaları üçün düzəldiblər.
Çox dik hazırlanan bu yollardan hansı fziki məhdudiyyətli şəxs istifasdə edəb ilər?
Mütləq yanında ya kimsə olmalıdır , ya da idmançı qüvvətində olmalıdır ki, üzüaşağı gedəndə yıxılmasın, üzüyuxarı da dırmanmağa qolunda güc tapsın.
Əcəba bunu düzəldən adamlar özləri əlil arabasında oturub məşq ediblərmi?
Ayla Qasımova adlı izləyicimiz bildirib ki, Bakıda əlilliyi olan insanıar üçün tikilmiş binada yaşayır. Lakin binada şərait o qədər qeyri- münasibbdir ki, əlillər köçüb getməyə məcbur qalırlar:
“Çünki nə lifti var, nə əlil arabaları üçün panduslar. Bir əlil olan şəxs Bakıda özü tək başına şəhərə çıxıb, özünü idarə edə bilmir. Bunu fiziki qüsuru olan və əlil arabasına möhtac qalan şəxs kimi deyirəm”,- deyə o vurğulayıb.
Ümid edirik, fiziki qüsurlu vətəndaşlarımızın şikayətləri gələcək tikinti işlərində nəzərə alınar.
Murad