Yeni təhsil ilinin başlanmasına az qalıb. Valideynlərin ən böyük qayğısı tələbələr üçün kirayə ev tapmaqdır. Kirayə evlərin də qiyməti od qiymətinə.
Ukrayna və Rusiyadan gələn miqrantlar üzündən normal ev tapmaq olmur.
Maklerlər dəyəri 200 manat olan evləri onlara 400-450 manata verirlər və evlərin kirayə dəyəri ona görə də artır.
Bir otağın qiyməti 800-900 manat.
Bəs ölkədəki tələbə yataqxanaları nə zaman öz sahiblərinə- tələbələrə qaytarılacaq?
Hit.az kiçik bir araşdırma aparıb.
Bakı Dövlət Universitetinin 8 yataqxanasını söküb, yerində birini tikiblər.
Tibb Universitetinin, İnşaat, Texniki, Pedaqoji Universitetlərin yataqxanalarında hələ də köçürülməyən qaçqınlar var.
Artıq BDU-nun bir neçə məcburi köçkün məskunlaşan yataqxanası boşaldılıb.
Həmin yataqxanalar yararsız vəziyyətdədir. Onların pəncərələri də sökülərək , çıxarılıb. Amma hələlik yataqxanaların binaları sökülmür.
Azərbaycan Memarlıq və İnşaat Universiteti isə hələ qışda bildirmişdi ki, tələbə yataqxanasını bərpa etməyə vəsaiti yoxdur. Universitetin yataqxanasında indiyə qədər məcburi köçkünlər yaşayıb.
Hazırda orada yaşayış olmasa da yataqxanalar bərbad haldadır.
Tələbə yataqxanalarındakı köçkünləri qarabağa köçürülmüş qaçqınların yaşadığı evlərə köçürmək olmazmı? Olar, amma nədənsə hələlik tələbələrin bu böyük problemini nəzərə alan yoxdur.
Təhsil Tələbə Kredit Fondundan verilən məlumata görə kirayə pulunu ödəyə bilməyən tələbələrə Fond tərəfindən dəstək göstərilməsi nəzərdə tutulur.
Murad