Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.
Bəzi hallarda ölüm haqqında tibbi şəhadətnamənin verilməsi gecikdirilir.
Bu hansı hallarda baş verir?
Hüquqşünas Elvin Babayev Hit.az-a bildirib ki, tibbi müdaxilə zamanı ölüm baş verərsə, zorakı ölümə şübhə olduqda, ölənin qohumlarından ölüm faktı ilə bağlı hansısa şikayət olduqda, ölüm haqqında tibbi arayışın verilməsi gecikdirilə bilər.
Hüquqşünas həmçinin bildirib ki, belə olan halda ölüm haqqında tibbi şəhadətnamə məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən, ölümün səbəbi ətraflı müayinə aparılaraq, verilir. Bu zaman həmin sənədin verilməsi 6 aya qədər uzana bilər.
Murad