Paytaxt ərazisində çoxlu sayda iş elanlarına rast gəlmək mümkündür.
Həmin elanlar əsasən dayanacaqlarda və əhalinin sıx yerlərində yerləşdirilir.
İş axtaran bəzi şəxslər də bu elanlara inanıb, qeyd edilən nömrə ilə əlaqa saxlayır.
Işə ehtiyacı olan şəxs elanda qeyd edilən ofisə gedir, depozit kimi müəyyən məbləğdğ pul ödəyir. Ofis işçisi isə pulu ondan aldıqdan sonra yaxın vaxtlarda yenidən çağıracaqlarını bildirərək, yola salır.
Bu cür halla üzləşən çoxlu sayda insan var. Təəssüf ki, bu günə kimi hələ iş axtaran geri zəng edilməyib.
Hüquqşunas Hüseyn Axundov Hit.az-a deyib ki, saxta iş elanlarının sayı günü-gündən artır: “Elan verən sahibkar vətəndaşdan pul alırsa, əvəzində qəbz və ya kassa-mədaxil orderi verməlidir. Sahibkardır və pulu qəbzsiz ala bilməz. Əgər vətəndaşdan pulu kassa-mədaxil çeki olmadan alırsa, artıq bu, dələduzluq faktıdır və vətəndaşın şikayət etmək hüququ var. Aldananların və qurbanların sayı kifayət qədərdir. Əhali arasında maarifləndirmə tədbirləri aparılmalıdır”.
Sevinc