Uşaqlar həm mənəvi, həm də psixoloji cəhətdən məktəbə necə uyğunlaşmalıdır?

23:10 / 28.08.2024
505

Gələn aydan orta məktəblər başlayacaq.

Hər il olduğu kimi bu ildə birincilər məktəbə gedəcək deyə həyacan keçrir. 

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, uşaq bir şəxsiyyətdir və onun həyatda atdığı hər ilk addım, ilk tanışlıq yeni bir dünyanın başlanğıcı olur:

"Uşaq yeni bir mühitə, yeni kollektivə qədəm qoyur və onun gələcək həyatı üçün önəmli sayılan bu hadisəyə biganə qala bilmir. Uşağın bu prosesə psixoloji hazır olub-olmaması da ən önəmli yerdə durmalıdır. Uşağın məktəbə adaptasiyası, valideynlərdən ayrılmasına psixoloji cəhətdən hazır olması, eyni zamanda anlama, qavrama, sintezetmə qabiliyyətinin formalaşması vacib amillərdəndir. Uşaqda məntiqi və riyazi təfəkkürün inkişafına diqqət yetirmək lazımdır. 5-6 yaşında məktəbəhazırlıq dövrünü keçən uşaqlarda bu kimi psixoloji hazırlıqlar olarsa, bu uşaqlar məktəbdə əziyyət çəkmir”.

Psixoloq bildirib ki, uşaqlar həm mənəvi, həm də psixoloji cəhətdən məktəbə tam hazır olmalıdır. 

Sevinc

0