Birinci sinif uşaqlarını məktəbə necə hazırlaşdırmaq olar?

SOSİAL
21:55 / 02.09.2024
419

Tezliklə məktəblər açılacaq. Valideynlər də, şagirdlər də həyəcan içindədirlər.

Xüsusilə,  birinci sinfə qədəm qoyacaq uşaqlarda fərqli duyğular var. Onların hamısı məktəbə eyni həvəslə gəlmirlər. Hər səhər ağlayan, valideynindən ayrılmaq istəməyən, məktəbdən qorxan uşaqları məktəbə necə hazırlaşdırmaq olar?

Hit.az-ın  bu sualını cavablandıran psixoloq Lalə Qasımlı bildirib ki, balacaların məktəb hazırlığı valideynlərinin və yaxın ətrafının bu işə yanaşmasından asılıdır:

“Uşaq bayram əhvalı hiss etməlidir. Lakin məktəbin oyun yeri olduğunu da düşünməməlidir. Çünki, sonra müəllimin ciddiyyəti,  tələblər onda məyusluq yaradıb, məktəbə getmək həvəsini azalda bilər. Valideynlərin uşaqlarının yanında olmaqları çox mühümdür. Hər uşağın məktəbə məktəbə alışma müddəti fərqlidir.  Valideyn uşağı məktəbə apararkən, ilk 2 gün sinfin, daha sonrakı günlərdə məktəbin qapısında vidalaşaraq , onu alışdırmalıdır. Bunu ayrılıq kimi yox, uşağı çöldə gözlədiyini hiss etdirməlidir. Uşağın bu müddətə alışması üçün ana və atanın uşağına fərqli cəhətdən yaxınlaşması, uşağa verilən sözlərin tutulması vacibdir. Məsələn , məktəbə gedən zaman analar daha duyğusal olur. Ata isə daha sərt olduğundan uşaqlar bu zaman daha tez qəbul edir.Uşağın məktəbdə dostlarının olacağını, bunun bir yarış olduğunu anlaması vacibdir.Əgər uşaq məktəbə getmək istəmirsə , ona məktəbin faydalı olduğu və mütləq şəkildə gedilməli olduğu izah edilməlidir".

Murad

0