İntiharlara səbəb - Pulsuzluq

SOSİAL
23:18 / 05.09.2024
415

Bu gün bəzi insanlar maddi problem yaşayır. Maddi sıxıntılar insanların psixologiyasına təsir edir.

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, intiharların başvermə səbəbi daha çox  maddi durumla bağlıdır: 

“İnsanın həyatda heç bir sığortası yoxdur. Tutaq ki, birinin banka 10 min dollar borcu olur. Aldığı maaş, keçinmək problemi, ailə qayğıları insanı sıxır. Əmək haqqının normal səviyyədə olmaması insanları daha da çarəsizləşdirir. Maddi sıxıntı, pulsuzluq iradəsi zəif olan insanları tez məhv edir.  İnsanın təməl təlabatlarının ödənməməsi aqressiyaya səbəb olur. Əgər təməl təlabatlar ödənmirsə, bu, aqressiya yaradır və səbəbli - səbəbsiz partlamağa mütləq ki, bir yer tapacaq. Təbii ki, problemin kökündə iqtisadi böhran və ya maddi sıxıntılar varsa, bu vəziyyət həmin insanın yuxusunu da ərşə çəkəcək, əsəblərini də pozacaq. Belə olduqda, insan həmişə gərgin, narahat olur, elə düşünür ki, hər kəs onun haqqına girir. Həm də düşünür ki, yetərincə özünü müdafiə edə bilmir”.

Sevinc

0