Aliment ödəməkdən yayınmağa çalışanların əmlakı müsadirə oluna bilər - VİDEO

SOSİAL
20:00 / 07.09.2024
405

Azərbaycanda aliment ödəməkdən boyun qaçıranların sayı açıqlanıb. Statistika hər il bu rəqəmin artdığını göstərir.

Xezerxeber.az xəbər verir ki, təkcə bu ilin ilk yarısında Azərbaycanda 7 min 606 nəfər aliment öhdəliklərini yerinə yetirməkdən yayınaraq gizlənib. Həmin şəxslərin 3 min 174 nəfərinin yeri müəyyən edilib. 4 mindən çox şəxsin  axtarışları isə davam edir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidən "Xəzər Xəbər"ə bildirildi ki, hər il aliment ala bilməməklə bağlı quruma müraciət edənlərin sayı artır. Komitənin hüquqi təminat şöbəsinin aparıcı məsləhətçi Xəyalə Abbaslı-əsgərlinin sözlərinə görə, təkcə cari il ərzində 240 nəfər komitəyə müraciət edib.

Ekspertlər isə son illər aliment ödəməkdən yayınanların sayının artmasını müxtəlif səbəblər göstərirlər.

Hüquqşünans Şamil Paşayev deyir ki, aliment ödəməkdən yayınmağa çalışanların əmlakı da müsadirə oluna bilər. Onun sözlərinə görə, bir çoxları qanunvericiliyin bununla bağlı tələblərini bilmir, odur ki, maarifləndirmə işlərinin də aparılmasına ehtiyac var.


 

0