Avstraliyanın cənubunda 14 yaşdan kiçik insanlara sosial medianın qadağan edilməsi məsələsi təklif olunub. Ölkənin Ali Məhkəmənin keçmiş hakimi Robert Frans kiçik yaşlı uşaqların sosial mediadan istifadəsi ilə bağlı hüquqi problemləri araşdıran hesabat hazırlayıb.
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a bildirib ki, sağlam cəmiyyətin qurulmasına nail olmaq istəyiriksə, problemlərə ciddi yanaşmalıyıq:
“Bu gün sosial şəbəkədə pis vəziyyətdədir. Uşaqların bu platformalara daxil olması gələcəyin məhv olması deməkdir. Valideynlər çalışmalıdır ki, övladı sosial şəbəkələrə daxil olmasın. Buna nəzarət etməlidir. Bir çox ölkələr məktəbyaşlı uşaqların sosial mediaya girişini, istifadə etməsini qadağa edib. Mən bu qadağanı təqdir edirəm. Belə bir qərar bizim ölkədə də tətbiq olunmalıdır.Nəzərə almaq lazımdır ki, sosial şəbəkəyə girən azyaşlının psixologiyası korlanır, yaşına uyğun olmayan davranışlar sərgiləyir. Aidiyyatı qurumlar bu məsələdə aktiv olmalıdır. Sosial mediaya girişlə bağlı xüsusi proqram, açar istifadə etməlidir”.
Sevinc