Soyuq ata-qız münasibətləri böyük travmalar yarada bilər?

SOSİAL
16:51 / 10.09.2024
361

“Azərbaycanda ata-qız münasibətləri bir çox ailələrdə hələ də klassik  və deyərdim ki, çox zaman da köhnəlmiş ənənələrə əsaslanır. Belə fikir var ki, atanın zəhmi olmalıdır. Qızlar ataları ilə pərdəli rəftar etməli, onlar ürəklərindən keçəni deməməlidirlər. Bir çox ailələrdə keçmişdə olduğu kimi qızlar öz övladlarını atanın yanında qucaqlarına almağa utanırlar. Utanmasa belə ətrafdakılar bunu belə tələb edirlər. Əslində qız və atası arasındakı soyuq bağlar böyük travmanın əsasını qoyur”.

Bu fikirləri Hit.az-a psixoloq Reyhan Nəcəfli səsləndirib:

“Ata sevgisi, eyni zamanda qızın emosional inkişafına da böyük təsir göstərir. Ata tərəfindən sevgi və dəstək görən qızlar daha çox özünə güvənən, cəsarətli və güclü olur. Bu münasibət qızın ailə dəyərlərini anlamasına və gələcəkdə öz ailəsini qurarkən eyni sevgi və hörmətlə davranmasına yol açır. Atasından sevgi görməyən, ondan qorxan qızlar qorxaq, ürkək olur, çox zaman xoşbəxtliyi dada bilmirlər".

Murad

0