Hit.az “Hüququmuzu bilək” rubrikasında daha bir hüquqi suala cavab verir.
Sual belədir ki, yeniyetməlik yaşına çatmamış əlil uşağa qulluq etmək üçün sosial yardım almaq mümkündür?
Hit.az-ın bu sualını cavablandıran hüquqşünas Elvin Babayev bildirib ki, bu qanun ünvanlı dövlət sosial yardımının verilməsi çərçivəsində tənzimlənir:
“Bəli, əlilliyi olan 18 yaşına çatmamış, eləcə də yeniyetməlik yaşına qədəm qoymamış, daha dəqiqi 8 yaşına çatmamış uşaqlar üçün sosial yardım almaq olar. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən verilir. Sosial yardım hüququ ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulması hallarında qüvvəyə minir".
“18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması hallarında hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr bu hüquqa malikdirlər", deyə hüquqşünas əlavə edib.
Murad