Başqa ölkənin vətəndaşlığını alanda Azərbaycan vətəndaşlığını itiririk?

SOSİAL
23:15 / 16.09.2024
146

Rusiyada yaşayan soydaşımız Aynur Nadir qızı  redaksiyamıza belə bir sual  ünvanlayıb ki, başqa ölkənin vətəndaşlığını alanda Azərbaycan vətəndaşlığını itirə bilərik?

Mövzu ilə bağlı Hit.az-a danışan vəkil Leyla Əkbərli bildirib ki, vətəndaşlıq haqqında qanunun 18-ci maddəsinə əsasən, Azərbaycan vətəndaşı başqa ölkə vətəndaşlığını könüllü qəbul edirsə, öz ölkəsinin də vətəndaşlığını saxlaya bilər.

“Lakin bu qayda başqa ölkə vətəndaşlığını 2014-cü il 30 may tarixindən sonra qəbul ednlərə şamil olunur. Vətəndaşlığın itirilməsi Miqrasiya Xidmətinin müraciətindən sonra məhkəmə qaydasında həll olunur” -deyə o bildirib.

Murad

0