Bu gün Bakı küçələrini tıxacsız təsəvvür etmək mümkün deyil.
Uzun-uzadı tıxacda qalmaq istəməyənlər üçün çıxış yolu velosiped istifadə etmək tövsiyyə olunur.
Qeyd edək ki, əksər xarici ölkələrdə velosiped rahat və sağlıqlı nəqliyyat vasitəsi hesab edilir.
Həkim Pərvanə Mustafayeva Hit.az-a şərhində deyib ki, işə piyada və ya velosipedlə gedən insanların şəxsi avtomobil və ya ictimai nəqliyyatdan istifadə edənlərlə müqayisədə ürək-damar xəstəliklərinə tutulmaq, psixi problemlər yaşamaq və vaxtından əvvəl ölmək riski daha azdır:
“Velosiped sürmək ürəyin dərmanıdır. Velosiped sürərkən bütün bədən əzələləri fəaliyyətə keçir. Beləliklə, orqanizmdəki artıq yağlar əriyir. Bir saat velosiped sürərək , 500 kalori xərcləmək mümkündür. Yaxşı olar ki, insanlar velosipeddən istifadəyə maraq göstərsin”.
Sevinc