Uşaq nə üçün bağçaya getmək istəmir?

SOSİAL
20:00 / 19.09.2024
357

İşləyən analar övladlarını uşaq bağçasına qoymağa məcburdurlar.

Çox zaman uşaq sosiallaşsın deyə də, valideynlər azyaşlını bağçaya göndərirlər.

Amma uşaqlar bunu həmişə sevinclə qarşılamır. Bağçaya gedərkən problem yaradırlar. Səbəb nədir?

Hit.az-aaçıqlama verən psixoloq Vəfa Fətəliyeva bildirib ki, buna ilk növbədə uşağın bağçada gördüyü pis münasibət səbəb ola bilər. Amma başqa səbəblər də var:

"Uşaqlar bağçaya başladıqları zaman evdəki rahatlığın yerini müəyyən qayda və qanunlar tutur.  Yeni mühitə adaptasiyası vaxt alır. Bağçaya gedən uşaq valideyinləri ilə çox az vaxt keçirir və onlar üçün darıxır. Aiədə əzizlənən uşağın həyatına  çoxlu uşaqlar girir və onlar arasında eqo savaşı başlayır. Uşağınızın bağçaya getməyi bir məcburiyyət deyil, əyləncə kimi təsvir etməyə çalışın. Onu müəllim ilə qorxutmayın, evdən özünə aid bir oyuncağını aparmasına icazə  verin. Bu onun özünü daha güvənli hiss etməsinə kömək edər".

Murad
 

0