Yenə sağalmaz dərdimizdən danışırıq - Bakıda necə hərəkət edək?

SOSİAL
20:43 / 20.09.2024
371

Yasamalda nəqliyyat iflic vəziyyətdədir. Nə taksi tapa bilirsən, nə də boş avtobus. Taksilər nağd olmasa, sifarişi qəbul etmir, edənlər də zəng vurub sifarişi ləğv etməyini xahiş edir. Sıxlıq olan kimi qiymətlər qalxır ceyran belinə”.

Bu şikayətlə Hit.az-a Bakı sakini Südabə Nəcəfli müraciət edib:

“Ömrümüz tıxacda keçir. Avtobuslar dolu, dayanacaqlar dolu, yollar da dolu. Nə edək? Bizim insanların avtobus mədəniyyətsizliyi də bir başqa dərd. Avtobusda orta boş, arxa boş olsa da minən düz sürücünün yanında dayanır. Sürücü “zəhmət olmasa, arxaya keçin” deməkdən yorulur, sərnişin sürücüyə haqq verir, amma qapının ağzından bir addım da irəliləmir. İctimai nəqliyyatdan istifadə edin deyə tövsiyə verən qurum və ya şəxslər, özünüz bir dəfə də olsun ictimai nəqliyyatdan istifadə etmisiniz? 

Şəxsi avtomobildən istifadə etmək daha çətindir. Dağ boyda parklanma  və cərimə dərdimiz var. Şəhər balacadır deyə piyada gedib iş yerinə çatmaq da imkansızdır. Biz nə edək? Yasamaldan Hövsana olumun evinə 3 saata getmişəm. Dərs açılandan vəziyyət lap bərbaddır”. 

Əslində izləyicimizin sualı ritorikdir. İllərdir həllini tapmayan bu problemə görə, bakılılar Bakıdan didərgin düşmək istəyirlər. Bağlayan tək bir şey var. Məşğulluq dərdi.

Murad

0