Qazança deyir, o biri tapança anlayır - Dinləmək mədəniyyəti

SOSİAL
20:52 / 23.09.2024
315

Danışmaq bir ehtiyacdirsa, dinləmək bir mədəniyyətdir.

Hansısa teleproqrama baxrsan, aparıcı qonağın səsini kəsib, öz bəsit fikirlərini ağıllı- ağıllı təqdim edir. 

Hələ gələn qonaqlara öncədən tapşırırlar ki, bacardıınız qədər vuruşun. Onlar da bir- irlərinin sözünü kəsə-kəsə başlayır, hərəsi bir simdə çalmağa.

Səlis danışmaq kimi səlis dinləmək də var. Və səlis dinləmək səlis danışmaqdan daha çətindir. 

Bir çox keçmiş aparıcılar sosial şəbəkələrdə səlis danışmaq kurslarını reklam edirlər. Kaş ki, dinləməy də öyrədən olaydı.

Dinləməyi bacarmayan adamlar da bəzən milçək kimidilər. Ürək bulandırırlar...

Söz soruşur, ya söhbət edir, cavab verdiyin yerdə, qəfil ağlına nəsə gəlir, başlayır onu danışmağa. On dəfə ağlına nəsə gəlsə, onun da  sözünü kəsib danışacaq.

Görünən odur ki, səlis danışmaq kimi səlis dinləmək də var. Və səlis dinləmək səliş danışmaqdan daha çətindir...

Murad

0