Azərbaycanda ailə dəyərləri qorunub saxlanılırmı?

SOSİAL
18:26 / 23.09.2024
406

Ailə kiçik dövlətdir və bir dövlətin qüdrəti  onun cəmiyyətinin möhkəmliyi ilə düz mütənasiblik təşkil edir. 

Ailə milli dəyərlərin daşıyıcısıdır. Həmçinin, ailə xalqın genetik yaddaşının ən vacib həlqəsidir.

Bu gün  təəssüf ki, bütün dünyada klassik ailə modeli ciddi təhriflərə  uğrayır. Ailə dəyərlərinə önəm verilməsi, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, nəsildən-nəslə ötürülməsi, yaşlılara hörmət, kiçiklərə mərhəmət, vətəni və torpağı sevmək, valideynlərinə hörmət etmək - bütün bunlar Azərbaycan ailələrinə xas xüsusiyyətdir.

Təəssüf ki, son zamanlar Azərbaycanda ailə dəyərli deqradasiyaya uğrayır. Boşanmaların artması, ailədaxili şiddət ailə dəyərlərinin zədələndiyini göstərir.

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında qeyd edib ki, bir kəsin dəyərlər sistemi onun şəxsiyyətinə özəl olaraq formalaşır:

"Dəyərlər sisteminin qərbləşməsi, aqressiv təbliği və mədəni hegemonluğuna nail olması üçün hər cür informasiya hücumları baş verir.  Müasir Azərbaycan insanı ailəyə bağlılıq, ailə dəyərlərinə ehtiram hissi ilə seçilir. Bir sözlə, nümunəvi ailə obrazlarını bütün ictimai və media platormlarında təqdim və təbliğ etmək Vətəni hərbi səngərdə qorumaq qədər önəmlidir".

Sosioloqun fikrincə, qərb mentalitet təbliğatı xalqımızı öz milli və dini köklərindən ayıra bilməsə də,  düşüncə tərzində müəyyən boşluqlar yarada bilib. Bu prosesin sürətlənməsində sosla şəbəkələr və televiziyalar da əsas rol oynayır. Çüki milli-mənəvi dəyərlərin qorunmasına həsr olunan təbliğat yetərincə deyil:

"Bu gün boşanmaların, sosial şəbəkələrdə tüğyan edən neqativ görüntülərin əksəriyyəti adət-ənənələrə olan ehtiramın, hörmətin azalmasından irəli gəlir. Son olaraq deyim ki, ailə olmaq çətinliklərlə birgə mübarizə aparıb, həyatda güclü qala bilməkdir.Və əslində, ailə olmaq hər ana sonsuz xoşbəxtlik sığdırmaq, "mən" və "sən"dən "biz"i var etməkdir...".

Sevinc

0