Azərbaycana xaricdən ucuz telefon necə gətirmək olar? - ARAŞDIRMA

SOSİAL
11:32 / 25.09.2024
422
Xaricdə 999 dollara, yəni 1700 manta satışa çıxarılan mobil telefon Azərbaycanda 2 dəfə baha təklif olunur.
 
Xezerxeber.az xəbər verir ki, hazırda mağazalarda mobil telefon qiymətlərinin digər ölkələrlə müqayisədə baha olmasını satıcılar rüsumların və xərclərin yüksəkliyi ilə əlaqaləndirirlər.
 
Marketoloq Elxan Mərdanlı da deyir ki, idxal olunan məhsullarda qiymət fərqinin çox olmasının əsas səbəbi onların ölkəyə gətirilməsi zamanı alınan rüsumlardakı qeyri-bərabərlikdir.
 
Mütəxəssisin sözlərinə görə, xarici ölkə ilə Azərbaycandakı məhsullarda qiymət fərqinin çox olmaması üçün vergi siyasətinə yenidən baxılmalıdır.
 
Milli məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyir ki, bu məsələ ilə bağlı parlamentdə müzakirələr aparılıb. Qeyri-neft sektorunda verginin fərqlənmə mexanizminə ehtiyac var.
 
Millət vəkili bildirib ki, vergi siyasətinin növbəti mərhələsində əlavə dəyər vergisinin diferensiallaşdırılması istiqamətində konkret addımların atılması labüddür.
 
0