Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.
Azərbaycanda bayram və istirahət günlərində işləyən işçilərin əmək haqqı necə hesablanır?
Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Elvin Babayev belə deyib:
“Adətən Azərbaycanda qeyri- iş günləində işə görə əlavə haqq ödənilmir. Bu isə qanundan yayınmaq deməkdir. Bayram və istirahət günlərində işçi işlədiyi hər saata görə iki qat əmək haqqı almalıdır. Bu qanunla təsbit edilib. Məsələn adi günlərdə onun hər saatı 10 manat idisə, bayram günlərində bu 20 manat olmalıdır. Bu təbliğatı çox aparmalıyıq ki, işə götürənlər işçilərin haqqına girməsinlər”.
Murad