Psixoloq: "Bəzi qayınatalar da ailələrə müdaxilə edirlər"

SOSİAL
14:52 / 27.09.2024
432

"Ailəni müqəddəs edən sadəcə bəylə xanımın evlənərək, övlad dünyaya gətirməsi deyil. İki insanın baş-başa verərək xoşbəxt və qarşılıqlı hörmətlə yaşaması ailəni müqəddəs edir".

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, ailə hər mənada dəyərli və rahatlıq tapacağımız yer olmalıdır:

"Ancaq əfsuslar olsun ki, Azərbaycanda bir çox ailə rahatlıq və xoşbəxtlik tapılan bir yuva deyil. Hətta bəzi ailələr daha çox stress və qəzəb dolu bir yuva olur. Əslində, ailədə kini, qəzəbi deyil, xoşbəxtliyi düşünməliyik. Sözsüz ki, ailə quracağımız insanı mütləq şəkildə yaxşı tanımalıdır. Ona hörmət etməli, onu dinləməli və ailəyə nə qədər dəyər verəcəyini bilməlidir".

358970

Həmsöhbətimiz qeyd edib ki, ailələrə olan müdaxilələrdən də söz açıb:

"Bəzi ailələrə qayınanalar, baldızlar və digər qohumlar müdaxilə edir. Hətta bəzən qayınataların müdaxilə etdiyi ailələr də olur. Lakin belə müdaxilələr nisbətən az olur. Öz oğlanlarını və ya qızlarını həddindən çox mənimsəyən atalar ailələrə müdaxilə edə bilirlər. 

Qız atalarının bu addımı atmasına səbəb övladını qorumaqdır. Yəni qızı ailədə mənəvi və ya fiziki şiddət görürsə, xoşbəxt deyilsə, ata artıq ailəyə müdaxilə etməyə məcbur qalır. O, bununla qızının tək olmadığını və övladının yanında olduğunu göstərir".

Psixoloqun sözləri görə, oğul atasının ailəyə müdaxiləsi isə doğru deyil:

"Oğul atalarının ailəyə müdaxiləsi doğru deyil. Çünki onlar əslində gəlinin həyatına qarışmış olurlar. Nəzərə almaq lazımdır ki, qız atası ailəyə müdaxilə edəndə bəylə, oğlan atası isə analoji addımı atanda xanımla üz-üzə durur. Düzdür, yaxşı mənada gəlinin tək olmadığını hiss etdirərək ailəyə müdaxilə edən qayınatalar da var. 

Lakin təəssüflər olsun ki, ev işlərinə görə gəlinə qarışan qayınatalar da var. Onun oğlunun həyat yoldaşı ilə üz-üzə qalması isə doğru bir şey deyil. Qayınata öz qızı yaşındakı xanımla üz-üzə durmamalı və işinə müdaxilə etməməlidir".

Nabat Mirzəyeva onu da əlavə edib ki, qayınata gəlinə qarışmamalıdır:

"Bəzi qayınatalar hesab edir ki, gəlin onun dediklərini etməyə borcludur. Bu dar düşüncədə olduqları üçün gəlinə müdaxilə edirlər. Əlbəttə ki, qayınata gəlinə müdaxilə etməməlidir". 

Pərviz

0