“Yaxını ölən insanlara təsəlli verməyin” - Psixoloq

21:54 / 02.10.2024
287

“Bizlər dərin travma almış, yaxını ölmüş insanlara yas tutmağa imkan verməməklə, səhv edirik. Əzizi ölmüş insana “ağlama”, “dünya belə yaranıb” və s. şəklində sözlərlə təsəlli verib, onun ağlamağının, yas tutmağının qarşısını alırıq. Bu yanlışdır”.

Bu fikirləri Hit.az-a psixoloq Vəfa Cəfərli səsləndirib.

“İnsan göz yaşları ilə sakitləşir. Çox ağladıqdan sonra daxili yüngüllük gəlir. Üstəlik insana o yası yaşamağa icazə verilməlidir. Əks halda, basdırılmış duyğular illər sonra başqa bir travma şəklində özünü göstərəcək”, deyə o qeyd edib.

Murad

0