Ölən şəxsin kredit borcunu kim ödəməlidir?

19:39 / 03.10.2024
277

Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir. 

Əgər kredit alan şəxs ölübsə , onun borcunu kim ödəməlidir?

Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Elvin Babayev bildirib ki, öncə kredit borcunun sığortalanıb, sığortalanmadığına diqqət edilməlidir:

“Əgər kredit  tam və ya qismən sığortalanıbsa, sığorta şirkəti sığortalanan məbləği banka ödəməlidir. Əgər sığortalanma yoxdursa, bank borcu zamindən tələb edə bilər. Əgər zamin yoxdursa, o zaman bank ölən şəxsin vərəsəliyini qəbul etmiş şəxsə qarşı iddia qaldıra bilər. Lakin burada bir şərt var. Vərəsə vərəsəliyi rəsmən qəbul eləmiş olsun. Zaminlər isə üzərlərinə düşən öhdəlikdən boyun qaçıra bilməzlər”,- deyə o qeyd edib.

Murad

0