Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) konfrans məkanında, kişilər və qadınlar üçün iki meditasiya/ibadət otağı olacaq.
Bu, Milli Məclisin “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının iyirmi doqquzuncu sessiyası, Kioto Protokolunun Tərəflər Görüşünün on doqquzuncu sessiyası, Paris Sazişinin Tərəflər Görüşünün altıncı sessiyası və Köməkçi Orqanların sessiyaları haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.
Qeyd olunub ki, kişilər və qadınlar üçün sakit və əlçatan yerlərdə, sanitar qovşaqları yaxınlığında ibadət xalçası ilə təmin olunmuş iki meditasiya/ibadət otağı olacaq.
COP29-da keçirilən zaman ayrıca ibadət otaqlarının olması əhəmiyyəti haqqında danışan Tural İrfan Hit.az-a şərhində deyib ki, böyük tədbirlərdə, insanların çox toplaşdığı yerlərdə onların ibadət etməsinə şərait də yaradılmalıdır:
“Bu, təqdir olunan haldır ki, COP29 keçirilən konfrans məkanında da ibadət üçün qonaqlara şərait yaradılıb. Azərbaycanın dini tolerantlığı, müasirliyi, dinlərə də dindarlara ehtiramı hər zaman görsənir və bu davam edir. Dinimizə də də bu belə olmalıdır. Doğrudur, bir ibadət evində digər dinlərin nümayəndələri də ibadət edə bilər əslində. Amma elələri var, bunu qəbul etmir öz dininin məbədini istəyir. Hər halda bu şəraitin yaradılması müsbət addımdır”.
Sevinc