Bakıda şagirdlərin şüuraltısına təsir edəcək məktəb ləvazimatları satılır.
Bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.
Belə ki, məktəb ləvazimatları satılan mağazaların birində şagirdlərin psixologiyasına təsir edəcək silah formasında qələmlər satışdadır.
Uşaq psixoloqu Aynur Əliyeva Hit.az-a şərhində deyib ki, uşaqlar üçün satılan ləvazimatları onların psixologiyasına təsir etməməlidir:
“Bu gün elə oyuncaq, dərs ləvazimatları satışda var ki, uşaqların psixologiyası alt-üst olur. Qız uşaqları üçün elə gəlinciklər var bilinmir bu qızdır ya oğlan. Indi də tapanca formasında qələmlər satışa çıxarılıb. Bu qələmi satışa çıxarmaqla uşaqlarımızı gələcəkdə mafia başçısı, silah gəzdirən şəxs kimi təsəvvür ediblər. Sonra da uşaqlar niyə aqresiv olur, niyə criminal meyl edir deyə, narazılıq edirik”.
Sevinc