Evlilikdən sonra cütlüklər arasına yaranan problemlərin səbəbi nədir?

SOSİAL
23:15 / 08.10.2024
278

Zaman-zaman cütlüklərin münasibəti evliliyə apardığı zaman problemlərin baş qaldırdığını, bir-birilərinə uyğun olmadıqlarını anladıqları hallarla qarşılaşırıq.

Soruşanda isə hər iki tərəf sevgililik müddətində hər şeyin əla olduğunu, evləndikdən sonra çox şeyin dəyişdiyini bildirir. 

Bəs, bunun səbəbi nədir? Evlilikdən sonra nələr ortaya çıxır? Toy üçün cütlükləri necə hazırlamaq lazımdır? 

Məsələ ilə bağlı Hit.az-a açıqlama verən sevgi münasibətləri üzrə psixoloq Xədicə Hüseynli deyib ki, evlilikdə heç nə dəyişmir, tərəflərin bir-biriləri ilə bölüşmədiyi məqamlar ortaya çıxır:

"Burada diqqət edilməli məqam cütlüklərin sevgililik, bizim dildə tanışlıq deyilən zamanda münasibətləridir. Bu tanışlıq deyilən dövrdə hər iki tərəf özlərinin real xarakterini ortaya qoymalı, onları narahat edən məqamları gözdən keçirməlidilər. Xarici təcrübəyə baxsaq, görərik ki, evlənmək haqqında düşünən cütlüklər ilk başlar bir müddə eyni evdə qalmağa başlayırlar. Bunun səbəbi isə həmin müddətdə ərzində görmədikləri tərəflərini aşkar etməkdir.

Ən xırda misalı göstərim sizə. Mənə bu barədə boşanmaq üzrə olan bir cütlük müraciət etdi. Onlarda da məsələ eyni qaydada idi. Evlilikdən sonra yoldaşının dağınıq olduğunu öyrənib. Soruşuram ki, siz sevgililik müddətində bu barədə bir-birinizlə danışmısınız? Cavab “yox” olur. Qız deyir ki, doktor biz ancaq evlilikdən danışırdıq, belə şəxsi məsələlərə toxunmurduq. Bax, gənclərin səhvi burda başlayır. Tanışlıq, sevgililik dövründə danışılması vacib olan məsələlər var. Bunlar cütlüklərin beynində qurduğu xəyallarını reallığa çevirir".

Murad

0