Xanımlar niyə ərlərinə xəyanət edir?

SOSİAL
21:37 / 09.10.2024
259

Son vaxtlar ailədaxili münaqişə nəticəsində öldürülən qadınların sayı xeyli artıb.

Bir çox hallarda qətl hadisəsinə səbəb zərif cins nümayəndələrinin xəyanəti göstərilir.

Psixoloq Könül İsmayılova Hit.az-a şərhində deyib ki, xəyanətlərin böyük hissəsi maddi sıxıntıdan baş verir. Maddi sıxıntıdan bezən qadını pul ilə ələ almaq çox asan olur: 

“Bir-iki dəfə belə “centelmen” hərəkətlər edən kişi tezliklə, o qadının üzərində revanş qazana bilər. Daha sonra ərinin xəyanətindən qüruru zədələnən qadın, əlinə düşən fürsətdən istifadə edib ərindən qisas alır. İntiqam hissi bəzi qadınları bu yola sürükləyə bilir. Bununla yanaşı, həyat yoldaşından kifayət qədər, diqqət görməyən qadınlar da xəyanətə meyilli olurlar. Onlar ərlərindən əldə edə bilmədikləri nəvazişi yad insanlarda tapmağa çalışırlar”.

Sevinc
 

1