Bəzi cütlüklər tez-tez mübahisə aparıb, dalaşırlar. Çox adam bunun yaxşı olmadığını düşünür. Bəlkə də, haqlıdırlar.
Çox dalaşmaq münasibəti zədələyir. Amma bəzi mütəxəssislər, ümumiyyətlə, dalaşmamağın da normal olmadığını deyir.
Maraqlıdır, reallıq necədir?
Münasibətlərdə davanın olmaması nə deməkdir?
Mövzu ilə bağlı Hit.az-a açıqlama verən sevgi münasibətləri üzrə psixoloq Xədicə Hüseynli bunun düzgün istiqamət olmadığını deyib:
“Münasibətlərdə münaqişələr olmayanda insanlar hər şeyin güllük-gülüstanlıq olduğunu düşünür. Amma, təəssüf ki, elə deyil. Çünki iki ayrı insanın hər mövzuda ortaq fikirdə olması mümkün deyil. Fikir toqquşmaları, məişətdə xırda problemlər olmalıdır. Çünki , bu bir tərəfdən cütlüklərin bir-birinə daha da bağlayır. Əgər münasibətləri dövründə uzun müddət münaqişə etməyən cütlüklər buna diqqət etməlidir. Çünki, sonu ayrılıq və boşanma ilə nəticələnə bilər. "Çəkişməsən bərkimərsən" deyiblər. Sevgi münasibəti də belədir”.
Murad