Azyaşlı uşaqlar daha çox cizgi filmlərinə baxmağı xoşlayır.
Köhnə cizgi filmləri ilə yanaşı, müasir, yeni cizgi filmləri də çəkilir.
Yeni çəkilən cizgi filmlərinin arasında elələri var ki, uşaq psixologiyasına mənfi təsir edir.
Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, balaca tamaşaçılar müasir cizgi seriallarındakı personajları əksər epizodlarda gördükləri üçün onları özlərinə yaxın dost, hətta ailə üzvləri kimi qəbul etməyə başlayırlar. Bunun həm müsbət, həm də mənfi tərəfi var:
“Elə cizgi filmi qəhrəmanı var ki, zorakılığı, şiddəti təbliği edir. Uşaqların sevərək, izlədiyi “Maşa və ayı” cizgi filmindəki Maşa tərslik edir, öz dediyini yeritmək istəyir. Bəzi uşaqlar bu personağı özünə nümunə görür və o da başlayır Maşa kimi tərslik etməyə. Ümumiyyətlə, uşaqlar gördüyü nümunələri mənimsəyir. Valideynlər, övladınının cizgi filmlərinə baxdıqdan sonra yaranan davranış dəyişikliklərini görüb, multfilmdəki süjet və obrazları uşaqları ilə müzakirə edib nəyin pis, nəyin yaxşı olduğunu onlara başa salmalıdır”.
Sevinc